633172950db16202209223621

"Zəngəzur dəhlizini deyil, bütün Zəngəzuru almağa hazırıq" - Foto

Bu gün İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İSTAD) üzvləri Taksimdə aksiya keçirib.

Bu barədə İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlu məlumat verib. O, bildirib ki, təşkilat Ermənistanı və onun himayədarı olan ABŞ və Fransanı Ermənistanın son zamanlar sərhəd rayonlarında törətdiyi əməllərə və Ermənistanın Azərbaycan səfirliklərinə hücumlarına görə kəskin şəkildə pisləyir.

Səfər Qaraqoyunlu aksiyada çıxış edərək, Qərbin Ermənistana verdiyi böyük dəstəyi tənqid edib.

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İSTAD) İstanbul aksiyası

“Bu gün burada toplaşmağımızın səbəbi Ermənistanın Azərbaycan sərhəddində törətdiyi təxribat xarakterli hücumlarıdır və sərhəd zonasının minalanması. Ermənistana layiqincə cavab verildi. Təəssüf ki, bu son hadisələrdə neçə-neçə igid əsgərimiz də şəhid oldu. Ermənistan tərəfində də itkilər olub. Biz bu hadisələri pisləmək üçün toplaşmışıq. Belə hadisələr təkrar olmasın deyə yığışmışıq. Əvvəla, biz regionda sülh istədiyimiz üçün Qərbin Ermənistana verdiyi qərəzli dəstəyi pisləyirik. Bu çərçivədə görülən işlər səhvdir. Azərbaycan isə, öz mübarizəsində haqlıdır” - deyən Qaraqoyunlu əlavə edib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etsə də, Ermənistanın təxribatları hələ də bitmir.

Səfər Qaraqoyunlu qeyd edib ki, bu gün bir araya toplaşmağın səbəbi də belə hadisələrə qarşı çıxmaqdır.

“Biz sülh tərəfdarıyıq. Yenə də əmin olun ki, təkrar müharibə başlayarsa, Zəngəzur dəhlizini deyil, bütün Zəngəzur bölgəsini almağa hazırıq. Azərbaycan tək deyil. 85 milyonluq Türk xalqı və 300 milyon Türk dünyası ilə Azərbaycanın yanındayıq” - deyə təşkilat sədri bildirib

Xatırladaq ki, aksiyada bir çox QHT nümayəndələri və mətbuat mənsubları iştirak edib. Sonda bəyanat oxunub və bəyanatda Ermənistan və onu dəstəkləyən ölkələr ABŞ və Fransa kəskin şəkildə pislənilib.