“Biz həqiqətən güclüyük. Onlar taktikalarını dəyişdirmək məcburiyyətində qalır”.
Kanal.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, ordunun bütün müdafiə xətləri etibarlıdır.
“Ruslar ağlını itirib. Odessa şəhərimizi yox etmək istəyirlər. Lakin onlar Qara dənizin dibini görəcəklər”.
Zelenski Ukraynaya bütün dünyadan dəstək gəldiyini ifadə edib. Onun sözlərində görə, xaricdən 16 min könüllü döyüşcü Ukrayana gəlir.