Yeni il gecəsində iki qadına qarşı iyrənc əməl - Polis işə qarışdı / FOTO

İstanbuldakı əyləncə mərkəzlərinin birində yeni il gecəsini qeyd edən əcnəbi qadınlara qarşı əxlaqsızlıq hərəkətlər edən iki nəfər saxlanılıb.

Kanal.az Türkiyə mediasına istinadən xəbər verir ki, əcnəbi olduqları bildirilən 3 qadın onlara qarşı əxlaqsız hərəkətlər edən 2 kişi ilə bağlı polisə şikayət edib. Hadisə yerinə gələn polis əməkdaşları şikayət olunan 2 nəfəri saxlayıb. Qadınlar ifadə vermək üçün polis bölməsinə dəvət olunub.