64121e33dacc3202303233619

"Yazmağına yazmışam, amma heç kim deyə bilməz ki, ailəli ola-ola kimləsə görüşmüşəm"

"Ailə quranda bilirdim kimin qızı ilə evlənirdim. Aynişanla idman zalında tanış olduq. Gəldi, danışdıq. Enerjisi, səmimiliyi xoşuma gəldi. Zaman keçdi, danışmağa başladıq. Bir də baxdıq nişanımızın tarixi bəlli olub. Bizdə sevgi etirafı olmadı. Elə bir insanlar idik ki, danışmadan bilirdik baxışlardan nə demək istəyirik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva ilə ailəli olan fitnes müəllimi Kənan deyib. O, rejissor Nail Naiboğlunun "Qırmızı" adlı yutub layihəsində qonaq olub. Kənan "ayrılıq səbəbləri haqda suallara belə cavab verib: "Şəxsi həytımla bağlı heç yerdə, heç kimin yanında - yaxınlarım, dostlarım, qohumlarım yanında ad çəkməmişəm. Danışmamışam, danışmaq niyyətim də yoxdur. Şəxsi həyatımdır, heç yerdə səsləndirmərəm, səsləndirməyə də imkan vermərəm. Çünki o mənim ailəm olub. Hər kəs haqqımızda nəsə danışır, planlayır, olub-olmayan şeylər uydurur. Danışılanlara heç bir reaksiya və cavab verməmişəm. Aynişanla oxşar xüsusiyyətlərimiz çox idi. Bəzən elə bilirdik eyni insanıq. Bəzən xüsusiyyətlər insanı bir yerə qədər aparır, xarakter fərqlidir.

Bizə dedilər biriniz od olanda, biriniz su olun. Biz də elə olduq. Ona görə də ocağımız söndü. Mənim ailəm müdaxilə etmədiyi bir söhbətə qarşımdakı insanlar belə sual verirsə, ona cavab verməyə məcburam? Məni tanıyan bilir ki, bu toy həqiqət idi. Aynişan xanımı da tanıyan bilir ki, saxta ola bilməz. Bir dəfə Aynişana deməmşəm ki, onu, bunu etmə, sənə yaraşmaz. O bilirdi nəyi etmək lazımdır və ya yox".

Kənan Aynişana xəyanət etməsi haqda söhbətlərə isə belə münasibət bildirib:

"Xəyanət heç bir halda bağışlanmayandır. Bir ara "Kənan xəyanət edib" sualı gündəm olmuşdu. Mən nə dərəcədə xəyanət edə bilərəm? Mən və həyat yoldaşım yetərincə tanınırıq, mənim kiməsə yazma şansım varmı? Heç kimlə ailəmə xəyanət etməmişəm. Yazmağına yazmışam, amma kiçik bir oyuna düşmüşəm. Heç bir qız, oğlan deyə bilməz ki, Kənan ailəli ola-ola hansısa qızla görüşüb".