6662c01b1df5a202406240859

Yataq xəstəsi anasına 3 ay boyunca etdikləri ŞOKA SALDI: Qızı və onun sevgilisi...

İngiltərənin Lids bölgəsində yataq xəstəsi olan 58 yaşlı qadın qızı Nataşa Pammant və qızının sevgilisi Liam Liç tərəfindən aylarla kresloya məhkum edilib.


Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qonşuları xəbər verdikdən sonra səlahiyyətlilər evə gəlib və 58 yaşlı qadını acınacaqlı vəziyyətdə tapıblar.


Xeyli arıqlayan qadın nəcislə örtülmüş stulda oturduğu məlum olub. Onu xəstəxanaya aparmazdan əvvəl təcili yardım işçiləri ona duş qəbul etdirib. 58 yaşlı qadın 1 ildir eyni paltarı geyindiyi məlum olub


Məhkəmə qeydlərində evin vəziyyəti ilə bağlı "Evdəki qoxu dözülməz idi" ifadəsi yer alıb. Ananın qızı olan Natasha Pammant və sevgilisi Liam Leach, himayədə olan bir şəxsə qarşı qəddarlıq ittihamı ilə günahlarını etiraf etdiblər.