664eef64e9e9d202405242524

Yaşlanmanı ləngidən möcüzəvi TƏRƏVƏZ

Ənginar yumruq şəklində çiçəkləri olan və boyu 1,5 metrə qədər uzanan bitkidir. A və C vitaminləri, kalsium, kalium, dəmir, manqan və fosfor mineralları baxımından olduqca zəngindir.

Sağlamolun.az ənginarın faydaarını təqdim edir:

Ənginar qaraciyərin müalicəsində istifadə olunan təbii vasitələrdən biridir. O qaraciyəri qoruyur və bu orqanda olan xəstəliklərin daha tez sağalmasını təmin edir.

Ənginar eyni zamanda böyrək və bağırsaqların nizamlı işləməsinə kömək edir və hətta böyrəkdə olan daşların düşməsinə yardım edir. Həzmi asanlaşdırır. Sidikqovucudur. Qandakı şəkər nisbətini nizamlayır, xolesterolu aşağı salır. Bədənin müqavimətini gücləndirir, zehni yorğunluğu aradan qaldırır. Qadınlarda döş vəzi, uşaqlıq ağızı, kişilərdə prostat xərçənginin qarşısını almaqda köməkçi vasitədir.

Ənginar ürəyi və damar sağlamlığını qorumaqda da təsirlidir. Hüceyrələrin erkən ölməsinin qarşısını alaraq yaşlanmanı ləngidir. Sarılıq və revmatizm xəstəliklərinə çox faydalıdır. İshalı kəsir, tər qoxusunu aradan qaldırır. Temperaturu aşağı salır, iştahı artırır.

Ənginar son dərəcə faydalı və qiymətli bir qidadır. Digər tərəvəzlərdən fərqli olaraq yüksək nisbətdə zülal və karbohidrat tərkiblidir. Vitamin və mineral baxımından da son dərəcə zəngindir.