Yanğından sonra onların 5 il əvvəlki buraxılışı gündəm oldu - VİDEO
Yanvarın 21-də Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğınla bağlı məlumatlar yayılmaqda davam edir.
Kanal.az xəbər verir ki, yanğının ardından "Güldür-güldür show"da 5 il əvvəl səhnələşdirilən ssenari gündəmə gəlib.
Belə ki, 2020-ci ildə aprelin 3-də şounun 229-cu bölümündə hakim ittihamçılardan taxtadan olan hoteldə yanğın zamanı qaçmaq üçün nərdivanların niyə olmamasını soruşur. Onlar isə cavabında nərdivanların olduğunu, lakin onların da taxtadan olduğu üçün yandığını bildiriblər. Hakim daha sonra nərdivanın niyə taxtadan olduğunu soruşub. Cavabında isə "Binaya uyğun olsun deyə... Biz haradan biləydik ki, yanğın olacaq?” cavabını alır.
Hakim ittihamçılardan bu hadisədən dərs alıb-almadıqlarını soruşduqda isə bu cavabı alıb:
"Dərs aldıq, bundan sonra bina tikdiyimiz zaman yanğın nərdivanları qoymayacağıq. Çünki yanır".
Sosial media izləyiciləri görüntüləri yayımlayaraq "İzahı olmayan şeyin yumoru olar" deyə, sual ediblər.(axsam.az)
- Dünya
- 25 Yanvar 2025