6454e3a6a7b53202305230822

Xoş xəbər - Qazaxın işğalda olan 7 kəndi və Naxçıvandakı Kərki geri qaytarılır - VİDEO

“Azərbaycan Qazax rayonunun işğalda olan 7 kəndini və Naxçıvandakı Kərkini geri qaytarmaqda israrlıdır. Bu isə rəsmi Bakının Vaşinqtonda qalib gəldiyini təsdiqləyir”. 

Bunu Ermənistanın "Hraparak” qəzeti yazır. Xəbərdə bildirilir ki, Birləşmiş Ştatlarda müzakirə edilən məsələlərdən biri Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasıdır ki, bu məsələdə Azərbaycan ciddi zəmanətlər verəcək. Lakin əsas mübahisəli və razılaşdırılmayan məsələ anklavlardır. Bakı bununla bağlı israrını davam etdirir. 

Bəs görəsən bu iddialar nə qədər həqiqətə uyğundur? Vaşinqtonda danışıqlar masasında hansı məsələlər müzakirə edilib?

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli MOD.TV-yə açıqlamasında suallara aydınlıq gətirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda “münasibətlərin tənzimlənməsi sazişi” üzərində müzakirələr aparır.