64c5175eca83b202307234254

Xocalıda gözlənilən xüsusi əməliyyat: Təyyarələri hədəf alan separatçılar belə məhv edilir

Ermənilərə Azərbaycan hava məkanına müdaxilə etmək üçün qurğuları kim verib: Sülhməramlılar, yoxsa BQXK?

“Erməni silahlı dəstələri tərəfindən Azərbaycan hava məkanına radiomaneələrin tətbiqi qəbuledilməzdir. Radikal formada bunun qarşısı alınmalıdır”.

Kanal.az xəbər verir ki, bu sözləri globalinfo.az-a politoloq Qabil Hüseynli qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan hava məkanına radiomaneələrin tətbiqinin intensivləşməsi haqqında danışarkən deyib.

Qabil Hüseynli

Onun sözlərinə görə, radiomaneələrin tətbiqi araşdırılmalı, yerləri müəyyən edilməli və qısa zamanda zərərsizləşdirilməlidir:

“Ermənilər bunu xüsusi qurğular ilə edir. Həmin bu qurğuların yerləşdiyi konkret obyektlər olmalıdır. İndiki məqamda kəşfiyyat PUA-ları ilə onların yerləri müəyyən edilə bilər.

Mümkündür ki, həmin qurğular Xankəndi və Xocalıda yerləşsin. Xankəndiyə zərbə vurmaq bizim əleyhimizə olduğu üçün Xocalıdakı qurğuların PUA-lar ilə zərərsizləşdirilməsi mümkündür. Bu addım hesab edirəm ciddi gözdağı ola bilər.

Əslində məsələnin daha fərqli həll yolları da var. Misal üçün, beynəlxalq təşkilatlara şikayət etmək. Lakin BMT TŞ-nın 4 qətnaməsini icra etməyənlərin hansısa beynəlxalq təşkilatın qərarına məhəl qoyacağına inanmıram. Buna görə məsələyə daha effektiv vasitə lazımdır. Bu da həmin qurğuların yerindəcə aviasiya zərbəsi ilə zərərsizləşdirilməsidir”.

Politoloq deyib ki, ermənilərin Azərbaycan hava məkanına radiomaneələrin tətbiqi araşdırma tələb edən bir mövzudur:

“Məsələ ondadır ki, bu qurğuların ermənilərə kim və ya kimlər tərəfindən verildiyi sual edilmir. Bu qurğular heç də sadə deyil və onların Qarabağa necə, hansı yollar ilə keçirilməsi aktuallaşmalıdır.

Hesab edirəm bu qurğular Qarabağa iki yolla daxil ola bilər:

Birincisi, Rusiya sülhməramlı qüvvələri vasitəsilə. Nəzərə alsaq ki, hazırda separatçıların bütün ehtiyaclarını Rusiya sülhməramlıları təmin edir bu versiya heç də məntiqsiz deyil.

İkincisi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsilə. BQXK-si onsuz da hazırda bir çox məsələyə görə ittiham edilir. Onlardan biri də separatçılara humanitar yük ad altında silah-sursatın çatdırılmasıdır. Belə olan təqdirdə bu versiya da həqiqəti əks etdirir.