62238fb1e80d9_xerson

Xersonda rusların birinci müdafiə səddi yarıldı - AÇIQLAMA

<p><b>Ukrayna ordusu işğalçıları Xerson vilayətindəki birinci müdafiə səddindən çıxarıblar.</b></p><p>Kanal.az&nbsp;xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyası rəhbərinin müşaviri Sergey Xlan məlumat yayıb.</p><p>“Ukrayna ordusu arxa cəbhədə yerləşən anbarlara dəqiq zərbələr endiriblər. Novaya Kaxovkada düşmənin sursat anbarına 3 dəfə dəqiq zərbə endirilib. Sofiyevka və Davidov Brod kəndlərində döyüşçülərimiz əks-həmlə əməliyyatı aparıblar. Hazırda düşmən ikinci və üçüncü müdafiə mövqelərində möhkəmlənməyə çalışır”, - Xlan bildirib</p>