Əməkdar artist Tünzalə Əliyeva yeni görüntüsünü sosial şəbəkədə yayıb.
Kanal.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyalardan sonra saçı tökülüb.
İnstaqramda canlı yayım açaraq izləyiciləri ilə söhbətləşən "Toppuş bacı" hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb. //axsam.az