6328a33167826202209221321

Xankəndidə separatçılar sığınacaqları təmizləyirlər: Hava hücumu... - FOTOLAR

Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərindəki hayklar binaların zirzəmilərini təmizləməyə başlayıblar.

Kanal.az xəbər verir ki, bu haqda məlumat Qarabağdakı separatçı nəşrlərdə və sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Separatçı nəşrlər şəhərdə 150-yə taxın könüllülərin iştirakıyla qeyri-yaşayış sahələrinin təmizlənməsi məqsədi ilə iməcilik keçirilməsindən bəhs edib. 

Sosial şəbəkələrdəki məlumatın tərcüməsi isə belədir:

"Artsaxdakı ermənilər hətta Rusiya sülhməramlılarının yanında da özlərini tam təhlükəsiz hiss etmirlər: bu gün 150-yə yaxın könüllü Stepanakertin sığınacaqlarını təmizləyib".

Yəni belə çıxır ki, hayklar binaların zirzəmilərini - bu halda hava və artilleriya hücumundan qorunmaq üçün sığınacaqları mülki müdafiə tədbirləri məqsədi ilə təmizləyirlər…

/Moderator.az