6511f050bca02202309234048

Xankəndidə partlayış baş verən ərazidən görüntülər - Xəsarət alanların sayı 200-ü ötdü - FOTO/VİDEO

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.

Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır olaraq qiymətləndirilir.

Bildirilir ki, mövcud tibbi imkanlar lazımi xidmətin təşkili üçün kifayət etmir.

Mənbə: TASS

***

00:20

Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verən ərazidən yeni görüntülər yayımlanıb.

Qeyd edək ki, hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu bildirilir.

Sözügedən ərazidən görüntüləri təqdim edirik: