"Məni heç kəs sıxa bilməz, təbiətimiz belədir. Azad insanlarıq, ailəm də belədir".
Kanal.az Publika-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "ATV şou xəbər"ə müsahibəsində deyib.
Müğənni həm də bildirib ki, xanım olsa da, kişi kimi düşünür: "Deyib gülürəm, amma özüm haqqında oğlan kimi fikirləşirəm, qız kimi düşünə bilmirəm".
S. Sultan subaylığının nə vaxta qədər davam edəcəyindən də da söz açıb: "Məncə, ömrümün axırına qədər. İnanmıram ki, mənlə dolanan adam çıxsın. Bacılarımın uşaqları var. Onlarla 5-15 dəqiqə oturub sonra çıxıb gedirəm. Özüm bayquşam".