6446c367e867a202304235903

Xameneiyə SƏRT MESAJ: "Kafir hamını özü kimi bilər" - VİDEO

"Bəziləri xalqın fikrindən qorxur. Xalqın fikrinin hakim olmasından şeytan qorxur. İnsanların azadlıqda olacağından həyəcan keçirir. Şaytan çalışır elə etsin ki, insanlar özləri ilə bağlı qərar verə bilməsin".
Kanal.az xəbər verir ki, bunu İranın eks-prezidenti Mahmud Əhmədinejad molla rejiminin yanlış siyasətindən danışarkən deyib.
O qeyd edib ki, öz müqəddəratını təyin edə bilməyən şəxs insanlıqdan çıxmış sayılır:
"Bu cənab deyir ki, "insanlara azadlıq versək, səhv edərlər". Qoy səhv etsinlər. Sənə nə dəxli var? Allah insanlara azadlıq verəndə bilmirdi ki, səhv edə bilərlər? "İnsanlara azadlıq versək fəsad törədərlər" - sənə nə dəxli var? Niyə insanları təhqir edirsən? Kafir hamını özü kimi bilər".   /demokrat.az/