6454845847230202305232144

Xahiş edirəm, alt paltarda oxusun - anası və bacısı olan bəzi sərt kişilər...

Xəbər verdiyimiz kimi, aparıcı Hüsniyə Məhərrəmova Bakıda konsert verəcək məşhur "Imagine Dragons" rok qrupu ilə bağlı paylaşım edərək, "Xahiş edirəm, Ben Reynolds Bakıda da alt paltarında oxusun" sözlərini yazıb. 

Onun bu sözləri sosial şəbəkədə tənqid edilib. Hüsniyə yenidən qrupun şəklini paylaşaraq, yazılan tənqidlərə belə reaksiya verib:

"Dostum, Bakıya enəndə o şortikləri şalvara dəyişin. Heyət şortiki görəndə canavar sürüsünə çevrilə bilər. Məni dinləyin, yaxşı olar ki, bir də köynəyu unutmayın. Burada yanında anası və bacısı olan bəzi sərt kişilər var ki, köynəksiz insanlara yaxşı yanaşmırlar.

"Imagine Dragons", tezliklə Bakıda görüşənədək. Sizi şalvarlı və ya şalvarsız sevən, musiqinizi qiymətləndirən".

Qeyd edək ki, qrupun konserti sentyabrın 2-də keçiriləcək. Onlar "Mercury World Tour" adlı dünya turnesi çərçivəsində Bakıda olacaqlar.