tokayev

Vəziyyət nəzarətdən çıxır - Tokayev təcili xalqa müraciət etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təcili xalqa müraciət edib.

Kanal.az xəbər verir ki, Qazaxıstanda son iki gündə baş verən hadisələr genişlənir və toqquşmalara səbəb olur. Gərginliyi azaltmaq və narazı xalqı sakitləşdirmək məqsədi ilə Qazaxıstan Prezidenti Tokayev təcili müraciət edib. Qazaxıstan prezidenti respublikanın sakinlərinə müraciətində deyib: “Hakimiyyət yıxılmayacaq, amma bizə münaqişə yox, qarşılıqlı inam və dialoq lazımdır”.

O qeyd edib ki, aksiya iştirakçılarının bütün qanuni tələblərinə diqqətlə baxılacaq.

“Gənclərə səslənirəm, yaxınlarınızın həyatını zəhərləməyin. Bütün qanuni tələblər və müraciətlər diqqətlə nəzərdən keçiriləcək. Müvafiq qərarlar veriləcək. Sabah bütün bu məsələlərlə bağlı işçi iclas keçiriləcək. Mən sizin təqdirinizə ümid edirəm”, – deyib.

“Əziz həmvətənlər, sizi tədbirli olmağa və təxribatlara uymamağa çağırıram”, – Tokayev müraciət edib.