Vətənə xəyanətdə ittiham edilən Petro Poroşenko Ukraynaya qayıtdı

  • Dünya
  • 17 Yanvar 2022
61e529ea18881_porosenko-768x403

Sabiq prezident Petro Poroşenkonun Ukraynaya qayıtdığı haqda məlumatlar yayılıb.

Kanal.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezidentin olduğu təyyarə artıq Varşavadan Kiyev istiqamətində yön alıb.

Poroşenko 2014-15-ci illərdə Donbassdan kömür tədarükü ilə bağlı vətənə xəyanət işi üzrə məhkəməyə gedir.

Xatırladaq ki, Ukraynanın 5-ci Prezidenti Petro Poroşenkonun bütün əmlakına və bank hesablarına həbs qoyulub. O, 2014-2019-cu illərdə Ukraynaya rəhbərlik edib.

Oxşar xəbərlər