Vasif evdən qovulan bacısından danışmaq istəmədi
Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist Vasif Məhərrəmlinin bacısı ilə arasında yaşanan qalmaqaldan danışıb.
Aparıcı verilişinə qonaq olan müğənninin anasına telefonla zəng edib. Söhbət zamanı o, Leyla ilə Vasif arasındakı küsülükdən danışıb:
"Ona zəng etmək istəyirdim ki, mehriban olun. Qardaşla bacı arasında hər şey olar. Mehriban olun. Vasif kimi qardaşla fəxr etmək lazımdır. Mənim də qardaşımla aramda söz-söhbət olur".
Vasif isə həmin an aparıcıya işarə edərək bu haqda danışmamasını bildirib.
Qeyd edək ki, Leyla qardaşı ilə bağlı açıqlamasında "Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq sən bizə lazım deyilsən" açıqlamasını verib. / axsam.az
- Şou biznes
- 12 İyun 2023