Vanqanın 2023-cü il öngörüləri düz çıxdımı? - 2024 üçün nə deyir?
Xatırlayırsınızsa ötən il “The New York Post” gələcəkdən xəbər verən, əsl adı Vangeliya Pandeva olan görücü Vanqanın 2023-cü ilə dair proqnozlarını dərc etdi.
2023-cü ilə dair dəhşətli proqnozlar verən öngörücü dağıdıcı nüvə fəlakətindən bəhs etmişdi. O bildiribmiş ki, atom stansiyasında partlayış olacaq və zəhərli buludlar Asiyanın üzərini alacaq.(Düzdür, atom stansiyası partlamadısa da İsrail- Həmas müharibəsi Asiyanın üzərinə kifayət qədər zəhərli bulud toplaya bildi )
Vanqa 2023-cü illə bağlı daha 4 vacib proqnoz da vermişdi. Onun fikrincə, Yerin orbiti dəyişəcək:(Münhen Texniki Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, Yer planetinin fırlanması ləngiməyə meyllidir. Bu səbəbdən hazırda 24 saat olan yer gününün müddətinin uzadılaraq 25 saata çevrilməsi mümkündür)
Günəşdə baş verən fırtınalar Yerin iqliminə təsir edəcək: (İlin əvvəlində baş verən Türkiyə - Suriya zəlzələsi və diğər zəlzələlər, ABŞ-da daşqınlar, subasmalar, diğər ölkələrdə torpaq sürüşməsi,vulkan püskürməsi, tufan, quraqlıq,meşə yanğınları,qasırğa)
Dünyadakı super derjavalardan biri bioloji silahdan istifadə edəcək. Bu yüz minlərlə insanın məhv olmasına səbəb olacaq.(?)
Vanqa bildirmişdi ki, 2023-cü ildən sonra körpələri laboratoriyalarda yetişdirəcəklər. Təbii yolla doğuşlar azalmağa başlayacaq. Valideynlər özləri uşaqlarının hansı üz cizgilərinə malik olmasını (sarışın, qaraşın, mavi gözlü və s.) seçə biləcəklər.Təbii ki, süni mayalanma institutları bu prosesdə artıq start götürüb).
Vanqa 2023-cü ildə iqlimdə əhəmiyyətli dəyişiklik olacağını proqnozlaşdırıb. Qlobal iqlim 1,2-2 dərəcə istiləşəcək. Bütün dünyada daşqınlar, yanğınlar və şirin su ehtiyatlarının tükənməsi də olacaq.
Bəs 2024?
1. Vanqa 2024-cü ildə dünyanın böyük dönüşümə girəcəyini bəyan edib.
2. İki böyük elmi kəşflə dünyanın gedişatının sonsuza qədər dəyişəcəyini iddia edən Vanqa xərçəngin müalicəsinin tapıla biləcəyini bildirib.
3. O, həmçinin QİÇS-in kökünün kəsiləcəyini iddia edib.
4. 2024-cü il üçün başqa bir proqnoz isə “neft əsri”nin sona çatacağıdır. 2024-cü ildə əsas önəmin bərpa olunan enerjiyə veriləcəyi iddia edilir.
5. Vanqa kvant kompüterlərinin də inkişaf edəcəyini deyib. Maliyyə, səhiyyə və kibertəhlükəsizlik kimi sektorlara əhəmiyyətli təsir göstərdiyi iddia edilən kvant kompüterləri mürəkkəb hesablamaları görünməmiş sürətlə həyata keçirə biləcək.
6. Vanqa iddia edirdi ki, Putinə öz ölkəsindən kimsə sui-qəsd edəcək.
7. Digər tərəfdən o, Avropada ekstremistlərin hücumlarının artacağını bildirib.
8. ABŞ-nin keçmiş prezidenti Donald Trampın sirli xəstəlikdən əziyyət çəkəcəyi də kəhanətlər sırasındadır.
9. Vanqa kiberhücumların da artacağını iddia edib. O, həmçinin deyir ki, bu hücumlar genişmiqyaslı kəsintiyə və xaosa səbəb ola bilər.
10. 2024-cü ildə qlobal iqtisadiyyata təsir edəcək böyük böhranın ola biləcəyi onun iddiaları arasındadır.
Qeyd edək ki, məşhur öncəgörən 30 may 1993-cü ildə Azərbaycan haqqında da proqnoz vermişdi:""Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar".
- Maraqlı
- 13 Yanvar 2024