66082655ea36e202403244853

“Uşağın atasının kim olması vacib deyil, ər-arvadlar tez-tez dəyişir” – Çukçalarla bağlı MARAQLI FAKTLAR

Çukçaların maraqlı ailə qayda-qanunları var. Bu insanlara qısqanmaq anlayışı yaddır.

Kanal.az  xəbər verir ki, bu günlərdə çukçaların arasında olmuş jurnalistlər onların məşişətinə dair maraqlı faktlara şahidlik ediblər.

Çukçalarda uşağı olmayan və ya dul qalan qadınlar, kişilər digər ailələrin yurtalarına (maral dəriləri ilə örtülmüş çadırlar) dəvət alır, onlarla birlikdə yaşayırlar. Buzlar və qarlar arasında yaşayan bu insanlar öz məişətlərini, gündəlik yaşam şəraitlərini asanlaşdırmaqdan ötrü qədim birgəyaşayış ənənələrinə sadiq qalıblar. Bu yurtalarda bəzən 3 ailə bir dam altında mehriban yaşayır, ər-arvadlar tez-tez dəyişir, kim kiminlə arzu edirsə, onunla yaşayır. Bunu əxlaqsızlıq kimi yox, ailə norması kimi qəbul edirlər. Çukçalarda uşağın atasının kim olması vacib deyil. Əsas odur, uşaq doğulsun, nəsil davam etsin və marallara qulluq üçün insanların sayı çox olsun.

Çukçalar gələn turistlərə, təqdiqatçılara da öz arvadlarını təklif edir, bunun əvəzində ərzaq və ya siqaret alırlar. Gələn qonaqla arvadlarını tək buraxmaq üçün dostları ilə ova gedirlər. Bu münasibətlər nəticəsində doğulan uşaq isə Tanrının hədiyyəsi hesab olunur. Çünki qohum olmayan insanla əlaqədən doğulan uşaqlar daha sağlam genə sahib olurlar.

Çukça kişilər dul qalan qardaş arvadları ilə evlənmək məcburiyyətindədirlər. (Lent.az)