
Ukraynadan Qazaxıstana BÖYÜK JEST: PUA-lar vasitəsi ilə... - FOTO
Kiyevin mərkəzində ölkə əhalisi ilə həmrəylik əlaməti olaraq Qazaxıstanın böyük ölçülü bayrağı qaldırılıb.
Kanal.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi fotolar yayımlayıb.
“Qazaxıstan bayrağı bu ölkənin xalqına dəstək əlaməti və orada baş verən hadisələrə diqqəti cəlb etmək üçün Kiyevin mərkəzi üzərində səmada qaldırılıb”, – məlumatda deyilir.
Bildirilib ki, bayraq pilotsuz uçuş aparatları vasitə ilə Ukraynanın ən böyük böyük bayrağının və Vətən abidəsinin yanında dalğalandırılıb.
- Dünya
- 09 Yanvar 2022