62f0d221b9027202208220641

Ukraynada “Bayraktar” zavodu TİKİLİR

Hökumət bu yaxınlarda Ukraynada “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib. Şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

Kanal.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bildirib.

Səfirin sözlərinə görə, Ukraynada zavodun tikintisinə başlamaq öhdəliyi təkcə siyasi deyil, həm də praktikdir, çünki bu zavodda istehsal olunacaq modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsallı komponentlər tətbiq ediləcək.

Vasili Bodnar bildirib ki, təyyarələrin inşası zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə edilə bilər.

“Müharibəyə baxmayaraq, şirkətlərimiz öz öhdəliklərini yerinə yetirməkdə davam edirlər”, – deyə Bodnar əlavə edib.