ukrayna-rusiya

Ukrayna və Rusiya arasında danışıqlar başladı

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu dəqiqələrdə başlayacaq.

Kanal.az xəbər verir ki, bu sözləri Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə deyib.

O bildirib ki, 20:30-a (Bakı vaxtı ilə 22:30) olan məlumata görə, nümayəndə heyəti artıq görüş yerinə yaxınlaşıb:

“Düşünürəm, görüş yaxın dəqiqələrdə başlayacaq və yaxud artıq başlayıb”.

Onun sözlərinə görə, görüşün nəticəsi yaxın 4-5 saat ərzində bilinəcək.