Ukrayna Türk PUA-larından istifadə edərsə, Moskva bu planı işə salacaq - Dəmirdaş
Ukrayna türk PUA-larından istifadə edərsə, Rusiya 2015-ci ildə Türkiyənin Suriya sərhədində rus təyyarəsini vurmasından sonra baş verənlərə bənzər bir vəziyyət yarada bilər.
Kanal.az xəbər verir ki, bunu türkiyəli jurnalist Sərxan Dəmirdaş deyib.
Türkiyəli jurnalist hesab edir ki, Moskva Ankaraya qarşı məkrli planını işə sala bilər.
Rusiyanın o dövrdə Türkiyəyə qarşı ciddi sanksiya prosesi başlatdığını xatırladan Dəmirdaş bildirib:
"Turizmdən iqtisadiyyata qədər vizaların yenidən tətbiqi kimi bir çox sahəni əhatə edən sanksiyalar cərəyanını gördük. Bənzər nəticə ola bilər”.
- Dünya
- 13 Fevral 2022