Ukrayna ordusu təşəbbüsü ələ keçirdi: Ruslar planları dəyişməyə məcbur qalıb
“Ukrayna müharibədə üstünlüyü ələ keçirir”.
Kanal.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu hesabat yayıb. Hesabatda bildirilir ki, Ukraynanın strateji üstünlüyü ələ keçirməsi rusları qüvvələri yenidən bölüşdürməyə və planlarını dəyişməyə məcbur edib. Bildirilir ki, Ukrayna ordusunun əks-hücumlarına cavab olaraq Rusiya qüvvələrini əsasən Xerson və Zaporojye vilayətinə cəmləyir. Məlumata görə, Rusiya ordusu Luqansk vilayətini ələ keçirmək üçün istiqaməti dəyişib.
Qeyd edək ki, Ukrayna ordusu Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.
- Dünya
- 05 Avqust 2022