62ff8617aede2202208224615

Ukrayna ordusu rusların yenidən qurduğu körpünü vurdu

Ukrayna hərbi qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin yeni bərpa etdikləri Kaxov körpüsünü vurublar.

Kanal.az xəbər verir ki, bu barədə Xerson vilayəti Regional Komandanlığının rəis müavini Sergey Xlan məlumat verib.

Onun sözlərinə görə, “Cənub” Əməliyyat Komandanlığı Ukrayna Silahlı Qüvvələrinin rusların Kaxov körpüsünün təmiri və istifadəsi planlarını məhv etdiyini rəsmən təsdiqləyib.

“Rusların bizə dedikləri Antonovskinin “kəşfini” gözləyirik”, - Xlan bildirib.