6220a4cb95ea0_hrtshrthrthrh

Ukrayna ordusu ruslara DƏHŞƏTLİ PUSQU qurub: Qüvvələri sərhəddən çəkib... - DETALLAR

“Ukrayna ordusu rusları ölkənin dərinliklərinə doğru çəkərək, onlara ciddi zərbələr vurmağa çalışır”.

Kanal.az xəbər verir ki, ehtiyatda olan türkiyəli general Yücel Karauz belə açıqlama verib. O bildirib ki, Ukrayna ordusu məhz buna görə, rusları sərhəddə qarşılamayıb. Bunun doğru strategiya olmadığını deyən general qeyd edib ki, bununla belə hadisələr Ukraynanın lehinə getdiyini göstərir. Türkiyəli generalın sözlərinə görə, Kiyev istiqamətində irəliləyən uzunluğu 64 kilometrə çatan Rusiyanın hərbi karvanının uzaqdan atəşə tutulmaması, onlara qarşı təxribat törədilməməsi anlaşılan deyil.