62fa2e59b0416202208223033

Ukrayna ordusu Rusiya ərazisinə hücum etdi: Rabitə qülləsi yerlə bir edildi - VİDEO

Ukrayna ordusu kamikadze dronu vasitəsilə Rusiya ərazisinə hücum təşkil edib.

Kanal.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, hücum zamanı Ukrayna sərhədinə yaxın ərazidə yerləşən Rusiyanın rabitə qülləsi hədəfə alınıb. Dron qüllənin aşağı hissəsinə dəyib. Nəticədə qüllə sıradan çıxıb.