Ukrayna küçələrindəki qorxunc işarələr: “Putinin qəzəbi…” - Sirr açıldı

  • Dünya
  • 03 Mart 2022
621fcb06e9f72_hrhthty

Ukraynanın bəzi media qurumları ölkədəki təxribatçıların Rusiya döyüş təyyarələrinin vurması üçün bəzi kritik nöqtələri işarədiklərini iddia edirlər.

Kanal.az xəbər verir ki, İngiltərənin “The Sun” qəzeti Rusiya tərəfdarlarının işarələdikləri məkanların fotolarını yayımlayıb.

Fotolardan birində Putin tərəfdarlarının rus qoşunlarının daha yaxşı görüb vurmaları üçün qaz kəmərini işarələdikləri görünür.

Hakimiyyət rəsmiləri şəhərdə yaşayan insanlardan işarələnmiş yerlərdən uzaq durmağı və diqqətli olmalarını istəyib.

Rəsmi qurumlar, həmçinin vətəndaşlardan təxribatçıların yerləri işarələdiyini görəndə onlarla əlaqə saxlamalarını xahiş edib.

Ukrayna tərəfi Putinin rus ordusunun yavaş irəliləməsindən qəzəbləndiyini bildirilib.

Oxşar xəbərlər