620aa192f1d58_skynews-russia-ukraine-exercise_5637972

Ukrayna əməliyyatı başlayır: Bomba xəbərdarlığı, böyük şəhərlərdə...

Ukrayna Rusiyanın kiber hücumlar və minlərlə saxta bomba xəbərdarlığı kimi taktikaları ehtiva edən hibrid müharibəsi ilə artıq hücumlara başladığını bildirir. İngiltərə isə Rusiyanın Ukraynanın böyük şəhərlərində çevriliş planlaşdırdığını iddia edib.

Kanal.az-ın məlumatına görə, ABŞ və Avropa rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiya Ukraynaya istənilən vaxt hücum edə bilər, lakin Ukraynadakı bir çox vətəndaş üçün hücum artıq başlayıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin milli təhlükəsizlik üzrə baş müşaviri Oleksey Danilov bu yaxınlarda verdiyi müsahibədə deyib ki, Rusiyanın bir nömrəli vəzifəsi bizi daxildən sarsıtmaqdır.

Ukrayna Rusiyanın son zamanlarda Qara dənizdə başlatdığı manevri də bu hibrid müharibənin bir parçası kimi qiymətləndirərək, sözügedən hərəkətin ölkə üçün həyati əhəmiyyət daşıyan ixrac limanlarının hərəkətinin qarşısını alacağını iddia edib.

ABŞ-ın Kiyevdəki səfirliyindən “Rusiyanın Ukraynaya qarşı iqtisadi müharibəsi davam edir” açıqlaması verilərkən, Oleksey Danilov təlimlə bağlı bildirib ki, iqtisadiyyatımızı məhdudlaşdırmaq istəyirlər.

Rusiya daha əvvəl 2015 və 2016-cı illərdə kiber hücumlarla Ukraynada elektrik şəbəkələrini müvəqqəti olaraq sıradan çıxarmışdı.

Ukrayna rəsmilərinin fikrincə, Rusiyanın başqa bir yeni taktikası bomba hədəsidir. Ukrayna polisi bildirib ki, yanvar ayında minə yaxın saxta bomba xəbərləri əsasən elektron poçt vasitəsilə alınıb. Rusiyanın saxta bomba hədələri ilə insanlarda təşviş və panika yaratmağa çalışdığı iddia edilirdi.

Rusiyanın Ukraynada başlatdığı kiçik, lakin təsirli hücumlar davam edərkən, çaşqınlığa səbəb olan əsas iddia İngiltərədən gəldi. Britaniya Moskvanın Ukraynanın böyük şəhərlərində çevriliş planlaşdırdığını iddia edib. İddialara görə, Kremlin işğalından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentləri Ukraynanın iri şəhərlərini mühasirəyə alacaq. Britaniya iddiasını təsdiqləyən heç bir dəlil irəli sürməsə də, Rusiyanın Ukraynada “rejim dəyişikliyi”nə yönəlmiş mərkəzi işğal ssenarisi hazırladığını bildirib. / Teleqraf.com