Ukrayna bu gecə üstünlüyü ələ aldı: Rus ordusunun hücumu İFLASA UĞRADI

  • Dünya
  • 26 Fevral 2022
ukrayna ordu
  • Oxunub: 11152

Rusiyanın Kiyevə müdaxiləsi ilə bağlı vəziyyət hazırda yüz faiz Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarətindədir.

Kanal.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Dünən gecədən başlayaraq fevralın 26-na keçən gecə Kiyev ərazisinə davamlı olaraq raket və hava hücumları olub. Podolyak qeyd edib ki, bu, konkret olaraq şəhərə aiddir, onun ətrafına deyil.

“Biz başa düşdük ki, bu gecə ən çətin gecə olacaq, çünki ruslar demək olar ki, bütün resurslarından istifadə etdilər, bütün ehtiyatlarını döyüşə atdılar. Amma onlar istəklərinə nail olmadılar, Silahlı Qüvvələrimiz peşəkar şəkildə hücumları dəf etdilər”, – Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Milli Polisi və Müdafiə Qüvvələri Kiyevdə çox yaxşı işləyir:

“Əgər Silahlı Qüvvələr Rusiya ordusunun heç bir mühüm bölməsinin burada yerləşdirilməsinə imkan vermirsə, deməli, şəhərin özündə də müdafiə qüvvələri kifayət qədər səmərəli işləyir. İnsanlar da öz qüvvələrini müdafiə edirlər”.

Podolyak əlavə edib:

“Kiyev şəhərində vəziyyət yez faiz nəzarətdədir. Bəli, biz döyüşürük, döyüşlər gedir. Məsələn, Brestdə. Burada hərbi hissəni ələ keçirmək cəhdi olub, amma geri qaytarılıb. Bu gecə Rusiyanın heç bir şansının olmadığını və qətiliklə olmayacağını göstərdi”.

Oxşar xəbərlər