642fcaa10b0cc202304234745

"Türklər bizi, namusumuzu "sındırmağa" davam edir" - Abovyan

“Türklər bizi, namusumuzu, ölən əsgərlərimizin ruhunu “sındırmağa” davam edir”.

Kanal.az xəbər verir ki, bunu erməni siyasətçi Arman Abovyan deyib.

“Türk bizə dözməyi təklif edir. Xüsusən də Ankara türk və erməni xalqlarının dostluq münasibətləri qura biləcəyini güman edir.

Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, Türkiyə “erməni soyqırımı” hadisəsi ilə bağlı obyektiv tarixçilər komitəsi işə başlamağa hazırdır.

Və o, Ermənistana öz arxivlərini beynəlxalq tarixçilər üçün açmağı təklif edib. Bizi reallıqla barışmağa və bu məsələdə dayanmağa çağırıb.

Türklərin bəyanatına cavab olaraq, Ermənistan XİN belə cavab verib:

“Erməni arxivləri açıqdır və ermənilər öz məlumatlarını gizlətmir. Türklər həqiqətlə barışıb ermənilərdən üzr istəməli, təzminat prosesinə başlamaq haqqında düşünməlidir”.

Ermənistan hakimiyyəti yuxarıda deyilənlərə cavab verməsə, türkün oyununa gedəcək. O zaman qorxuram ki, Ermənistanın hakimiyyəti türklərlə razılaşar və “erməni soyqırımı” məsələsini şübhə altına alar.

Yəni türklər bizi, namusumuzu, ölən əsgərlərimizin “müqəddəs” xatirəsini ardıcıl olaraq “sındırmağa” davam edəcək”, – deyə Abovyan bildirib.  /turkustan.az/