
Türkiyənin Azərbaycandakı səfiri Qarabağda olub
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qarabağa gedib.
Kanal.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb.
“Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı diplomatik missiyalar üçün təşkil etdiyi Ağdam səfərinə qatıldıq. Beləliklə, işğal vaxtlarındakı təxribatlar və zəfərdən sonrakı yenidənqurma işləri ilə ağlı məlumat aldıq”, - paylaşımda bildirilib.
- Ölkə
- 29 Aprel 2022