647f0ec1b1290202306234729

Türkiyəli iş adamı azərbaycanlı şəhid ailəsinə avtomobil hədiyyə etdi - FOTO

Türkiyənin tanınan avtomobil qalereyalarının sahibi, iş adamı Erkan Işıkhan şəhid ailəsinə qalereyadakı avtomobillərindən birini hədiyyə edib. O açıqlamasında bildirib ki, Azərbaycanı çox sevir, səfərləri az olmayıb. 44 günlük müharibə zamanı cəbhəyə yardım edənlərdəndir. O, şəhid ailəsinin adını hörmət naminə çəkməyini istəməyib: "Ola bilsin, bu açıqlamadan rahatsız olarlar, deyə ad, soyad demək istəmirəm. Amma Azərbaycanı çox sevirəm, acınız acım olub, sevinciniz sevincim. Dəstəyimi əsirgəməyəcəm". / Gece.az