6263baaec29dd_650x344-uc-akinci-tiha-goreve-basladi-1638585820916

Türkiyədən qalxan "Akıncı" PUA-ları Bakıya eniş etdi - VİDEO

Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstan üzərindən Azərbaycana gəlib və Bakıya enib.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin Tvitter hesabında məlumat yayılıb.

"Akıncı" təxminən 2 min km məsafəni uğurla qət edib.

Qeyd edək ki, mayın 26-29-da Bakıda “TEKNOFEST-Azərbaycan” festivalı keçiriləcək.