Türkiyədən Putinin qərarına SƏRT ETİRAZ: "Rədd edirik"
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın qondarma Donetsk və Luqansk respublikaları barədə qərarını pisləyib.
Kanal.az xəbər verir ki, açıqlamaya görə, Türkiyə Rusiyanın Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması barədə qərarını rədd edir. Bildirilib ki, Rusiyanın qərarı Minsk sazişinin şərtlərinə ziddir və bu, Ukraynanın ərazi bötövlüyünün və suverenliyinin açıq şəkildə pozulması deməkdir. Türkiyə tərəfləri təmkinli və beynəlxalq hüquqa riayət etməyə çağırıb.
- Siyasət
- 22 Fevral 2022