Ramzan kadırov

Türkiyədəki rus casuslara təlimatı Kadırovun qohumu verib - DETALLAR

Çeçen müxaliflərə sui-qəsd məqsədilə Türkiyəyə gəldiyi məlum olan və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən saxlanılan 8 rusiyalı casusa 33 il həbs istənilib.

Kanal.az xəbər verir ki, 25 səhifəlik ittihamnamə İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bislan Rasayevin lideri olduğu casus şəbəkəsinin üzvlərinə 22 ildən 33 ilədək həbs tələb olunub.

Hədəfdə Türkiyədə yaşayan “Əbdülhakim” ləqəbli çeçen müxalif lider olduğu təsbit edilən sui-qəsdin təlimatının Çeçenistan başçısı Ramazan Kadırovun qohumu Adəm Dəlimxanov və Kazbek Dukuzov tərəfindən verildiyi üzə çıxıb.

Məlumata görə, Bislan Rasayev deputat Adəm Dəlimxanov və Kazbek Dukuzovla görüşərək, onlardan təlimat alıb.

Dəlimxanovun adı 2009-cu ildə çeçen müxaliflər Umar İsrailov və Sülim Yamadayevə qarşı sui-qəsdlərdə də hallandırılıb. O, bu səbəbdən İnterpol tərəfindən axtarışa verilib./teleqraf/