“Mütəxəssislər zəlzələ ilə bağlı ''Dünyada nümunəsi yoxdur'' deyirlər. Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.
Kanal.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Onun sözlərinə görə, zəlzələnin əsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədəkarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.
Ərdoğan zəlzələ ilə bağlı 10 əyalətdə 3 aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.