Türkiyə və Pakistan orduları birgə təlimlər keçirdi

  • Manşet
  • 01 Yanvar 2023
63b126971e6a7202301232215
  • Oxunub: 479

Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizinin şimal hissəsində "Turqutreis-VII" adlı təlimlər keçirib.

Kanal.az xəbər verir ki, bu barədə "Daily Pakistan" Pakistan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Təlimlərdə müxtəlif dəniz əməliyyatları, o cümlədən asimmetrik hücumlara qarşı müdafiə, birgə koordinasiyalı patrul həyata keçirilib.

Manevrlərin əsas məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin peşəkarlıq vərdişlərini və qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək olub.

Türkiyə tərəfdən manevrlərdə “Harpoon” gəmi əleyhinə raketləri və Mk.46 torpedaları ilə silahlanmış “Ada” sinifli sualtı qayıq əleyhinə "TCG Burgazada" iştirak edib.

Oxşar xəbərlər