63ed3f2771ebe202302232303

Türkiyə tək ürək olub: Aztv-nin də yayımladığı kampaniyada 100 milyarddan çox ianə toplandı

Kahramanmaraşdakı zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün Türkiyə televiziyalarında “Türkiyə tək ürək” kampaniyası aparılır. 

Kanal.az xəbər verir ki, kampaniya Türkiyənin əksər televiziyaları, o cümlədən Azərabycanın Aztv telekanalı və Şimali Kipr Türk Respublikasanın televiziya kanalı ilə canlı yayımlanır. İndiyə qədər kampaniya çərçivəsində 105 milyard türk lirasından çox ianə yığılıb. İanələr “Kızılay” və “AFAD” vasitəsilə zəlzələrdən zərər çəkənlər üçün xərclənəcək. 

Qeyd edək ki, canlı yayımlanan kampaniyada Türkiyənin tanınmış şəxsləri də iştirak edir. Proqramı onlar təqdim edir. Kampaniyaya dünyadan dəstək gəlir.