63e9e16ae248d202302230618

Türkiyə səfirliyinə 30 milyon ianə edən şəxs kimdir? - FOTO

Naməlum şəxs Türkiyənin ABŞ-dakı səfirliyinə gedərək, zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə 30 milyon dollar ianə edib.

Kanal.az xəbər verir ki, bu barədə “Khaleej Times” məlumat yayıb. Məlumata görə, pakistanlı olan şəxs adının açıqlanmasını istəməyib. Pakistanın Baş naziri Şahbaz Şərif də sosial media hesabında həmin xeyriyyəçinin davranışını təqdir edib.

“Bunlar bəşəriyyətə aşılmaz görünən çətinliklər üzərində qələbə çalmağa imkan verən o qədər şərəfli xeyriyyəçilik əməlləridir ki...”