
Türkiyə ordusu şəhidlər verdi
Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı daha iki şəhid verib.
Kanal.az xəbər verir ki, terrorçuların atdığı raket nəticəsində iki hərbçi həlak olub. Hücumdan sonra terrorçuların olduğu bölgə mühasirəyə alınıb. Axtarış işləri davam edir.
Qeyd edək ki, ötən həftə Türkiyə ordusu İraqın şimalında yeni hərbi əməliyyatlara başlayıb. 56 terrorçu məhv edilib. Ordu ümumilikdə 4 şəhid verib.
- Dünya
- 26 Aprel 2022