62fb9481320f1202208225841

Türkiyə ordusu şəhidin qisasını aldı: Çox sayda terrorçu məhv edildi

Türkiyənin Şanlıurfa vilayətinin Birecik rayonundakı Çiçəkalan sərhəd məntəqəsinə terrorçular tərəfindən hücum edilib.

Kanal.az xəbər verir ki, bu barədə Şanlıurfa valisi Saleh Ayxan məlumat verib.

Terrorçuların hücumu nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Türkiyə ordusu dərhal bölgədə hərbi əməliyyatlara başlayıb.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatlar nəticəsində 13 terrorçu məhv edilib.

Bölgədə hərbi əməliyyatlar davam edir.