620cb823035cc_suriye-asker

Türkiyə ordusu hücum hazırlığında olan terrorçuları məhv etdi - Çox sayda ölü var

Türkiyə ordusu Suriyanın şimalında daha 13 terrorçunu məhv edib.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Zeytun budağı” və “Fərat Qalxanı” bölgəsində türk hərbçilərinə qarşı hücum hazırlığında olan terrorçuların planı iflasa uğrayıb. 13 PKK/YPG terrorçusu hücuma hazırlaşarkən məhv edilib. Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu məhv etmişdi.