
Türkiyə növbəti zəlzələ faciəsini yaşayır: Çox sayda ölü və yaralı var / VİDEO
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.
Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Hatay Böyükşəhər bələdiyyə başçısı Lütfü Savaş deyib.
"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.
Yerli mənbələr azı bir nəfərin həyatını itirdiyini yazır. Çox sayda yaralı var.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.
- Dünya
- 20 Fevral 2023