6821ba621a23c202505250746

Türkiyə mətbuatı elan etdi: PKK tərkisilah olub özünü ləğv etdi - VİDEO

PKK terror təşkilatı özünü buraxdığını elan edib.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib:

“Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib”.

Qeyd edək ki, PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay keçirdiyini açıqlamışdı.