Türkiyə İsral münasibətləri normallaşır: Tehran narahatdır
Türkiyənin İsraillə yaxınlaşması İranı və digər qüvvələri narahat edir.
Kanal.az xəbər verir ki, bunu Beyrut Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Məhəmməd Nurəddin Türkiyə mediasına açıqlamasında deyib.
O bildirib ki, Ankara ilə Tehran arasındakı normal münasibətlər 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsindən başlayır:
“Ancaq Türkiyə və İran Qafqaz, İraq, Suriya, Fələstin və digərlər bölgələrdə bir-biriləri ilə mübarizə aparırlar. Bu məqamda hesab edirəm ki, Türkiyənin İsraillə yaxınlığı regional məsələlərdə Tehranı zəiflətmək məqsədi də daşıyır. Xüsusilə Suriya və İraqda Türkiyənin mövqelərini gücləndirir. İranın bu yaxınlarda Türkiyəyə təbii qaz verilişini dayandırması Ankara-Təl Əviv münasibətlərinin normallaşmasına qarşı bir mesaj ola bilər. Bundan başqa, Tehran Türkiyə ilə birlikdə İsrailin Azərbaycanda artan təsirindən də narahatdır”.
- Dünya
- 19 Fevral 2022