653e82c15f22d202310230521

Türkiyə Cümhuriyyətin 100-cü ildönümünü tarixinin ən möhtəşəm paradı ilə qeyd etdi - VİDEO

Türkiyə donanması Cümhuriyyətin 100-cü ildönümü münasibətilə tarixinin ən böyük paradının hazırlıqlarını başa çatdırıb.

Kanal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“TCG Anadolu”nun rəhbərliyi ilə parada çıxacaq 100 gəmini F-16 və F4E təyyarələri və helikopterlər müşayiət edəcək.

Parada 21-i admiral olmaqla 4896 şəxsi heyət qatılacaq.

Parada Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ərcümənt Tatlıoğlu rəhbərlik edəcək.

Rəsmi mərasimdən əvvəl “Solotürk” və “Türk ulduzları”ndan ibarət qırıcılar şou göstərəcəklər.

Paradın Türkiyə vaxtı ilə saat 17:00-da başlayacağı bildirilib.

***

Türkiyə donanmasının 100 gəmisi, o cümlədən TCG Anadolu və helikopter, təyyarələr İstanbul boğazından keçib.

Gəmilər keçid edərkən şəxsi heyət Prezident Rəcəb Tayyib Ərdoğanı salamlayıb.