“Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın “Bayraktar” TB-2 PUA-sı Rusiya ordusuna aid onlarla texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.
Kanal.az xəbər verir ki, bu barədə “Clash Report” resursu məlumat yayıb.
Məlumata görə, indiyədək azı 2 ədəd “Buk-M1-2” raket sistemi, 1 ədəd “Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik “Msta-B” haubitsası, 14 yük avtomobili “Bayraktar” tərəfindən məhv edilib.
Həmçinin Belarus ərazisindən hücuma keçən rus ordusu ciddi itkilər verib. Sum vilayətində onların 100-ə yaxın texnikası məhv edilib. Bu barədə Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Jvitski Teleqram kanalında yazıb.
O bildirib ki, olay Lebedinsk rayonunda baş verib:
“100-ə yaxın tank, “Qrad” və yanacaqdaşıyan. Bütün iştirakçılara eşq olsun”.
Videoda “Bayraqdar”ın endirdiyi zərbələr görünür.